Bakıda bayram günlərində 2 uşaq dərmandan zəhərlənib

Bakıda bayram günlərində 2 uşaq dərmandan zəhərlənib
12:52 28 İyun 2017
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 28 iyun. REPORT.AZ/ “Bayram günlərində (iyunun 25-dən 28-dək) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 5 müraciət daxil olub”.
Bu barədə “Report”a Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib.
Onun sözlərinə görə, müraciət edən şəxslərdən bir nəfəri ilan sancıb: “Daxil olanlardan ikisi uşaqdır, onlar da dərmandan zəhərlənmə ilə müraciət ediblər”
A.Maqsudov qeyd edib ki, Mərkəzə daha 2 nəfər sərxoş adam gətirilib: “Onlar spirtli içkidən zəhərləniblər”.
Şöbə müdiri vurğulayıb ki, daxil olan xəstələrdən 2-si xəstəxanaya qəbul edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/sehiyye/bakida-bayram-gunlerinde-2-usaq-dermandan-zeherlenib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR