Bakıda bağ evinə BASQIN: gözətçiyə xəsarət yetirib, evi yandırdılar

Bakıda bağ evinə BASQIN: gözətçiyə xəsarət yetirib, evi yandırdılar
12:53 28 İyun 2017
22 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda bağ evinə basqın edilib.

Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, iyunun 27-də saat 2 radələrində Xəzər rayonunun Zirə qəsəbəsi ərazisindəki bağ evlərindən birinə gələn naməlum 2 nəfər orada olan gözətçi İqor Vasinə küt alətlə xəsarət yetirib, təmir-tikinti alətləri götürərək evi yandırıblar.

İ.Vasin xəstəxanaya yerləşdirilib.

Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Astara rayon sakinləri Rövşən Məmmədov və əvvəllər məhkum olunmuş Şahlar Novruzov tutulublar.

Faktla əlaqədar cinayət işi başlanılıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/204198.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR