Ronaldo: "Ona həsəd aparmıram"

Ronaldo: "Ona həsəd aparmıram"
13:12 28 İyun 2017
59 İdman
Ölkə mətbuatı
A- A+

"İnter" azarkeşləri artıq neçə ildi ki, komandalarından uğur gözləyirlər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri əfsanəvi futbolçu Ronaldo deyib.

"Fenomen" sabiq komandası "İnter" barədə danışıb. O, "neradzurra"nın baş məşqçisi postuna keçən Luçano Spalletti haqda fikirlərini bildirib.
 
58 yaşlı mütəxəssisi tərifləyən Ronaldo onu yeni iş yerində çətinliklərin gözlədiyini vurğulayıb: "Düşünürəm ki, "İnter" rəhbərliyi doğru addım atıb. Spalletti strategiyası olan məşqçidi. Bundan əlavə, o, kollektivə müsbət enerji ötürməyi bacaran şəxsdi. Amma Spallettiyə həsəd aparmıram. Çünki Luçano qısa zamanda nəticə verməyin yolunu tapmalıdı. Axı "İnter" azarkeşləri bunu tələb edəcəklər".
 
Qeyd edək ki, Ronaldo 1997-2002-ci illər ərzində "İnter"in formasını geyinib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/558255.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR