Yüksək təzyiqi olanlar bu çaydan içsin

Təzyiqlə bağlı problemi olanlar xalq təbabəti üsulu ilə ondan xilas ola bilər.

Metbuat.az xəbər verir ki, zeytun yağında saxlanılmış sarımsaq təzyiqi asanlıqla aşağı salmağa kömək edir. Qarışığı hazırlamaq üçün 20 ədəd soyulmuş sarımsaq, bir litr zeytun yağı və şüşə qaba ehtiyacınız var. Sarımsaqları soyub yarıya bölün. Şüşə qabın içərisinə 1 litr zeytun yağı və kəsilmiş sarımsaqları atın. Qarışığı 3 həftə istifadə etmədən saxlayın. 

Sarımsaqdan hazırlanmış çay

İçərisindəki yüksək miqdarda vitamin, mineral və antioksidantlar ürək sağlamlığını qoruyur, çəki atmağa və infeksiyalara qarşı mübarizə aparmağa yardım edir. Bu çayı acqarına və günorta yeməyindən təxminən 20 dəqiqə sonra içmək faydalıdır. Hər iki üsul yüksək təzyiqlə mübarizədə olduqca təsirlidir.

Çayın tərkibi:

Bir diş sarımsaq

1 stəkan su

Süzgəcdən keçirilmiş zəncəfil (7 qr)

1 yemək qaşığı limon suyu

1 yemək qaşığı bal

Hazırlanması:

Suyu qaynadın. Qaynamağa başladığında əzdiyiniz bir diş sarımsağı, süzgəcdən keçirilmiş zəncəfili və bir yemək qaşığı balı əlavə edin. Yaxşıca qarışdırın və 20 dəqiqə bişirin. Çayı süzün və için.

Aysel Yaqubqızı / Metbuat.az

(Sarımsaqlı südün MÜHÜM FAYDALARI)

(Ancelina Coli sarımsaqlı çay ilə arıqlayır - Siz də yoxlayın...)



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR