Rüsvayçılıq: 13 yaşlı oğlana tamah salan 44 yaşlı kişi tutuldu - VİDEO - FOTO

Rüsvayçılıq: 13 yaşlı oğlana tamah salan 44 yaşlı kişi tutuldu - VİDEO - FOTO
14:12 28 İyun 2017
123 Maraqlı
Ölkə mətbuatı
A- A+

44 yaşlı Maykl Nevin Facebook-da tanış olduğu 13 yaşlı oğlanla görüşə yollanarkən polis tərəfindən tutulub. Bu uşaqbaz, pedofil əxlaqsızlığının qurbanı olub.

Milli.Az Daily Mail-ə i stinadən bildirir ki, olay İngiltərənin Sanderlend şəhərinin Qreqqs səmtində yaşanıb.

13 yaşlı, "Robin" adlı oğlanla görüşə gedən və onu otelə aparıb yatağa salmaq istəyən M.Nevin qız əvəzinə uşaqbaz "ovçu"ları ilə qarşılaşıb.

Həmin ovçular İngiltərədə fəaliyyət göstərən və sosial şəbəkələrdə uşaqbazları aşkarlayan "Guardians of the North" qrupunun üzvləridir.

44 yaşlı Maykl Nevin də bu qrupun yaratdığı "Robin" adlı saxta profillə tanış olub. O, Robinlə həftələrlə yazışıb, sonra 13 yaşlı oğlan saydığı profili "tovlayıb" və cinsi əlaqə təklif edib.

"Robin" razılaşıb.

Nevin "qurban"ı ilə Sanderlendin Park Leyn səmtindəki şirniyyat dükanında görüşməli idi.

Şəhərin Boldon Kollyeri səmtindəki Arnold Stritdə yaşayan Nevini ən azı 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası gözləyir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Əxlaqsızı belə tutdular

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/558153.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR