MN: Azərbaycan Ordusunun ən müasir döyüş texnikası işğalçının istənilən təhdidinin qarşısını almağa qadirdir

MN: Azərbaycan Ordusunun ən müasir döyüş texnikası işğalçının istənilən təhdidinin qarşısını almağa qadirdir
14:15 28 İyun 2017
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycana ağır zərbə vurmağa Ermənistanın nə hərbi, nə iqtisadi, nə insani resursları, nə də digər amilləri imkan vermir.

Bunu Trend-in sorğusuna cavab olaraq, Azərbaycan Müdafiə Nazirliyindən Ermənistanın müdafiə naziri Vigen Sarkisyanın müharibədə ölkəmizə ağır zərbə vurulacağı və Azərbaycan ordusunun guya son 10 gün ərzində 8 nəfər itki verməsi barədə fikirlərinə cavab olaraq bildiriblər.

Ermənistanın müdafiə nazirinin bu sözlərini acı istehza ilə qarşılayır və bildiririk ki, heç bir real fakta əsaslanmayan, təbliğat məqsədilə yayılan onun bu diletant çıxışı yalan və həyasızlıqdan başqa bir şey deyildir:

"Azərbaycan əsgəri və Ordunun arsenalındakı ən müasir və dağıdıcı qüvvəyə malik döyüş texnikası və silahlar işğalçının istənilən təhdidinin qarşısını almağa, onu məhv edərək ərazi bütövlüyümüzü bərpa etməyə qadirdir. İtkilərlə bağlı məsələdə isə məqsədəuyğun olardı ki, V.Sarkisyan öz ordularındakı ölüm hadisələri ilə məşğul olsun. Cəbhədəki itkilərinin sayını və ordusundakı digər ölüm faktlarını daim gizlədən məhz Ermənistan tərəfidir. Bu cür cəfəng bəyanatlar səsləndirmək əvəzinə, Azərbaycan ordusunun cavab tədbirləri nəticəsində ermənilərin son günlərdə verdiyi itkilərin həqiqi sayını ictimaiyyətə düzgün çatdırsa idi, V.Sarkisyan daha səmimi görünərdi".


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2771344.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR