Luqanskda kəşfiyyat toqquşması: rus hərbçi əsir düşdü

Luqanskda kəşfiyyat toqquşması: rus hərbçi əsir düşdü
16:37 28 İyun 2017
60 Dünya
Ölkə mətbuatı
A- A+

Luqansk ərazisində yerli qüvvələrlə ukraynalıların toqquşması nəticəsində 22 yaşlı rus hərbçi Viktor Aqeyev əsir götürülüb.

Milli.Az axar.az-a istinadən bildirir ki, hadisə barədə Ukrayna Müdafiə Nazirliyi informasiya yayıb.

Məlumata görə, müqavilə əsasında bu ildən orduda xidmət edən Viktor Aqeyev axşam saatlarında Ukraynanın 93-cü xüsusi mexanikiləşdirilmiş briqadası ilə Luqansk 2-ci Ordu Korpusunun 4-cü mexanikiləşdirilmiş briqadasının kəşfiyyat qruplarının toqquşması nəticəsində əsir düşüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/558308.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR