XƏRÇƏNG: Uşaqlarınızı telefondan uzaq tutun

Uşaqların kompüter, planşet və cib telefonları kimi radiasiya saçan cihazlara uzun müddət məruz qalması xərçəng riskini artıra bilər.

Metbuat.az xəbər verir ki, pediatr Sinem Karaca Atakan valideynlərə xəbərdarlıq edib.  Həkim valideynlərə uşaqlara texnoloji hədiyyə almamağı məsləhət görüb.

Həkimin sözlərinə görə, xərçəng riskinə qarşı texnologiyaya məhdudiyyət qoymaq lazımdır. “İlk 3 il uşağı texnologiyadan uzaq tutun.  Xüsusilə, 2 yaşına qədər uşaqlarda həmin yaşlarda sosial, duyğusal və dil inkişafı  artdığı üçün texnologiyadan uzaq durmaqları məsləhətdir. Cizgi filmlərini nəzarət altında izləmək olar. Məktəbdən öncəki dövrdə texnoloji alətlərin gündəlik istifadəsi 15-20 dəqiqə olmalıdır.

Həddindən artıq kompüter istifadəsi qan xərçəngi riskini artırır

Həkim Sinem Karaca deyib ki, kompüter, planşet və cib telefonları radiasiya yaydığı üçün qan xərçəngi riskini artırır.

Aysel Yaqubqızı / Metbuat.az

(Planşet uşaqlar üçün zərərlidir - ARAŞDIRMA)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR