Qənirə Paşayavadan ermənilərə sərt cavab

Qənirə Paşayavadan ermənilərə sərt cavab
17:04 28 İyun 2017
46 Digər
Ölkə mətbuatı
A- A+

Millət vəkili Qənirə Paşayeva bu gün AŞPA-da Avropada miqrantların, köçkünlərin vəziyyəti  bağlı məruzələrin müzakirəsi zamanı çıxış edib. Lent.az-ın məlumatına görə, o, çıxışında bildirib ki, Avropada qaçqınlara qarşı hücumların artması, burada olan hər kəsi, hamımızı ciddi şəkildə narahat etməlidir: “Fiziki zorla müşayiət olunan hücumlar, əməyin istismarı, insan alveri, cinsi istismar və təcavüzlər, irqçi şüarların və nifrətin alovlandırılması kimi durumlar bizi çox ciddi şəkildə qayğılandırmalıdır. Bu baxımdan biz, Avropadakı bəzi populist partiyalar və media orqanlarının qaçqın və məcburi köçkünlərə qarşı getdikcə artan irqçi münasibətlərinə son verilməsi üçün onları yekdilliklə qınamalı və bunun qarşısının alınması üçün daha ciddi addımlar atmalıyıq”.

 

Q. Paşayeva Azərbaycanın dünyada ən çox qaçqın qəbul edən ölkə olduğunu da qeyd edib: “Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində 1 milyondan çox azərbaycanlı öz evində köçkün düşdü. İşğalçı Ermənistan bu gün bu köçkünlərin öz vətənlərinə, evlərinə dönməsinə izn vermir. Bundan əlavə, biz çox ağır durumda olmağımıza baxmayaraq, o illərdə on minlərlə Ahıska türkünü də ölkəmizdə qəbul etdik”.

 

Türkiyədə İraq və Suriyadan olan köçkünlərlə görüşmüşəm və onlar Türkiyə dövləti və xalqının onlara qucaq açdığı üçün təşəkkür etdiklərini deyən millət vəkili Suriyada yaşanan faciələrdən qaçmaq məcburiyyətində qalan insanlara etnik və dini  mənsubiyyətində asılı olmayaraq dəstək göstərməyin bütün üzv ölkələr üçün vacib olduğunu vurğulayıb.

 

Q. Paşayeva Ermənistanın Suriyadan qaçmaq məcburiyyətində qalan ermənilərdən öz işğalçı siyasətlərini davam etdirmək üçün istifadə etməkdə davam etdiklərini deyib: “Onları Ermənistana deyil, işğal etdikləri Azərbaycan torpaqlarına yerləşdirirlər. Yəni bu insanları bilərəkdən işğal etdikləri Azərbaycan torpaqlarına yerləşdirirlər ki Ermənistanın bu qeyri-insani, qeyri-qanuni əməlləri AŞPA-da daxil olmaqla beynəlxalq təşkilatların qətnamələrinə, qərarlarına ziddir və biz Miqrasiya və Köçkünlər Komitəsini, Parlament Assambleyasını Ermənistanın münaqişənin həllinə də mənfi təsir göstərən  bu qeyri-qanunu əməllərinə səssiz qalmamağa çağırırıq. Mən buradan bir az öncə Azərbaycan əleyhinə yalanlarla dolu çıxış edən Melkumyana demək istəyirəm ki, sizin yalanlarınıza ən gözəl cavab Parlament Assambleyasının qəbul etdiyi qərarlardır, 1416 saylı qərar da daxil olmaqla. O qərarlarda ki, birmənalı olaraq ölkənizin işğalçı olduğu vurğulanır və işğala son vermənizə çağırış edilir”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277971

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR