Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Qaratəhlə kənd məktəbində idman kompleksi açılıb

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Qaratəhlə kənd məktəbində idman kompleksi açılıb
17:15 28 İyun 2017
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Gürcüstanın Qardabani rayonunda azərbaycanlıların kompakt halda yaşadığı Qaratəhlə kənd orta məktəbinin idman zalının açılşı olub.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, açılış mərasimində SOCAR prezidenti Rövnəq Abdullayev, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, hökumət təmsilçiləri, Kvemo-Kartli regionunun qubernatoru Qriqol Nemsadze, Gürcüstan parlamentinin deputatları və digər rəsmi şəxslər iştirak ediblər.

Bildirilib ki, 300 şagirdin təhsil aldığı kənd məktəbinin zalı SOCAR-ın Gürcüstan nümayəndəliyinin dəstəyi ilə tikilib istifadəyə verilib. İki mərtəbədən ibarət, 276 kvadratmetrlik idman kompleksi müasir infrastrukturla təmin olunub, mərkəzi istilik və havalandırma sistemi quraşdırılıb.

Kompleks “MStudio” arxitektor-dizayn kompaniyası tərəfindən layihələndirilib, tikinti işləri isə “Constrakşen Devolepment Compani” tərəfindən həyata keçirilib.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2771376.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR