Maradonaya fəxri ad təqdim olunacaq

Maradonaya fəxri ad təqdim olunacaq
17:22 28 İyun 2017
48 İdman
Ölkə mətbuatı
A- A+

Argentinanın futbol əfsanəsi Diyeqo Maradonanın "Napoli" qarşısında xidmətlərini də unutmurlar. 

Milli.Az goal.az-a istinadən xəbər verir ki, ona "Neapol şəhərinin fəxri sakini " adı təqdim olunacaq. Bu münasibətlə şəhərin mərkəzində yerləşən Pyazza-del-Plebşito meydanında təntənəli mərasim təşkil olunacaq. Tədbirin iyulun 5-də baş tutacağı dəqiqləşib. 

Maradona 1984-91-ci illərdə "Napoli"nin şərəfini qoruyub. O, bu klubda 259 oyuna çıxıb və 115 qol vurub. Sabiq hücumçu Neapol klubu ilə 2 qat İtaliya çempionu, UEFA kuboku və İtaliya Superkubokunun qalibi olub. 

Milli.Az 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/558289.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR