"Qalatasaray" iki transferi açıqladı

"Qalatasaray" iki transferi açıqladı
17:33 28 İyun 2017
65 İdman
Ölkə mətbuatı
A- A+

"Qalatasaray" ilk iki transferi ilə bağlı açıqlama yayıb.

Klubun birja üçün yaydığı açıqlamada Batifimbi Qomis və klubu "Suonsi" ilə danışıqların başladığı elan edilib: "Peşəkar futbolçu Batifimbi Qomisin klubumuza transferi ilə bağlı futbolçu və klubu "Suonsi" ilə rəsmi danışıqlar başlayıb".

"Qalatasaray" həmçinin Yunes Belhandanın transferi ilə bağlı da açıqlama yayıb: "Peşəkar futbolçu Yunes Belhandanın klubumuza transferi üçün futbolçu və klubu "Dinamo Kiyev"lə rəsmi danışıqlar başlayıb".

Türk klubları bu tip açıqlamaları transfer yekunlaşanda yayır. Bu isə Qomis və Belhandanın qısa zamanda "Qalatasaray"la müqavilə imzalayacağını deməyə əsas verir.

Qeyd edək ki, Qomis 2009-cu ildə "Sent-Etyenn"dən "Lion" 13 milyon avroya transfer olunub. Seneqal əsilli fransalı futbolçu 2014-cü ildə müqaviləsi başa çatdığı üçün "Suonsi"yə pulsuz transfer olunub. Ötən mövsüm icarə əsasında "Marsel"də çıxış edən 31 yaşlı hücumçu 33 rəsmi oyunda 21 qol vurub. Hazırda "Transfermarkt"ın 5 milyon avro qiymət qoyduğu Qomis Fransa millisində 12 oyun keçirib və 3 qol vurub.

Belhanda 2013-cü ildə "Monpelye"dən "Dinamo"ya 8,5 milyon avroya transfer olunub. 27 yaşlı "10 nömrə" ötən mövsüm icarə əsasında "Nitsa"da çıxış edib və meydana çıxdığı 36 rəsmi oyunda 3 qol vurub. "Transfermarkt"ın 9 milyon avro qiymət qoyduğu futbolçu Fransanın U-20 millisində çıxış etdikdən sonra Mərakeş yığmasında oynamağa başlayıb (32 oyun, 3 qol). (fanat.az)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/204224.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR