Qətərə qarşı yeni iqtisadi

Qətərlə diplomatik əlaqələri kəsən Ərəb ölkələri bu ölkəyə qarşı yeni iqtisadi sanksiyalar hazırlayır.

Metbuat.az xəbər verir ki, BƏƏ (Birləşmiş Ərəb Əmirlikləri), Bəhreyn və Səudiyyə Ərəbistanı öz müttəfiqlərindən Qətərlə iqtisadi əlaqələri dayandırmağı istəyəcək.

Əks halda, BƏƏ (Birləşmiş Ərəb Əmirlikləri), Bəhreyn və Səudiyyə Ərəbistanı həmin ölkələrlə əlaqələrə son qoyulacağını bəyan edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Bəhreyn, BƏƏ, Misir, Yəmən, Liviya, Maldiv adaları və Mavriki Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Banklarbu ölkə ilə əlaqəni kəsdi

Aytən Novruzova / Metbuat.az 


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR