SOCAR-ın qayığı qəzaya uğradı: Xəsarət alanlar var

SOCAR-ın qayığı qəzaya uğradı: Xəsarət alanlar var
18:32 28 İyun 2017
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün saat 13.50 radələrində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Geofizika və Geologiya İdarəsinin əməkdaşları "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin "Arya 141" qayığı ilə N.Nərimanov adına NQÇİ-nin ərazisində seysmik kəşfiyyat işləri apararkən qayıq idarəetməni itirib, 34 saylı meydançanın ayağına toxunub.

Milli.Az report.az-a istinadən bildirir ki, nəticədə qayıqda olan 7 nəfərdən 5-i müxtəlif dərəcəli bədən xəsarətləri alıb və təcili tibbi yardım maşınları ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/558329.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR