"Real"dan Ronaldo açıqlaması: gedir, yoxsa qalır?

"Real"dan Ronaldo açıqlaması:   gedir, yoxsa qalır?
19:07 28 İyun 2017
62 İdman
Ölkə mətbuatı
A- A+

"Real"ın prezidenti Florentino Peres Kriştiano Ronaldonun komandadan ayrılacağı ilə bağlı xəbərlərə münasibət bildirib. Fanat.Az xəbər verir ki, klub rəhbəri ulduz futbolçunun Madridi tərk edəcəyinə inanmadığını deyib.


Ronaldonun 14,7 milyon avro vergidən yayınması ilə bağlı haqqıda iddia qalodırılması səbəbindən haqsızlığa məruz qaldığı üçün İspaniyadan ayrılmaq istədiyi deyilir. Artıq iki həftədi futbol dünyası bu xəbəri müzakirə edir.

 

"EsRadio"ya danışan Peres "Kriştiano Ronaldo çox hirslənib, bunu bilirəm. Amma məncə komandada qalacaq. İndi sadəcə Konfederasiyalar Kubokunun bitməsini gözləməli və onunla danışıqlara başlamalıyıq" deyib.


Peres indiyədək Ronaldo ilə bu barədə danışmadığını bildirsə də, futbolçunun meneceri Xorxe Mendeslə danışdığını bildirib.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotrealquotdan-ronaldo-acqlamas-t58972.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR