SOCAR əməkdaşları seysmik kəşfiyyat işləri apararkən xəsarət alıblar

SOCAR əməkdaşları seysmik kəşfiyyat işləri apararkən xəsarət alıblar
19:12 28 İyun 2017
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 28 iyun. REPORT.AZ/ Bu gün saat 13.50 radələrində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Geofizika və Geologiya İdarəsinin əməkdaşları “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Arya 141” qayığı ilə N.Nərimanov adına NQÇİ-nin ərazisində seysmik kəşfiyyat işləri apararkən qayıq idarəetməni itirib, 34 saylı meydançanın ayağına toxunub.
“Report” SOCAR-a istinadən xəbər verir ki, nəticədə qayıqda olan 7 nəfərdən 5-i müxtəlif dərəcəli bədən xəsarətləri alıb və təcili tibbi yardım maşınları ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Hadisənin başvermə səbəbləri araşdırılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/socar-emekdaslari-seysmik-kesfiyyat-isleri-apararken-xesaret-aliblar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR