"Belə festivallar ölkələr arasında dostluq əlaqələrini daha da möhkəmləndirir"

"Belə festivallar ölkələr arasında dostluq əlaqələrini daha da möhkəmləndirir"
19:22 28 İyun 2017
Ölkə mətbuatı
A- A+

Mən artıq dördüncü dəfədir ki, Azərbaycandayam. Şəkidə keçirilən bu gözəl musiqi festivalında ötən il də iştirak etmişəm. Belə festivallar ölkələr arasında dostluq əlaqələrini daha möhkəmləndirir. Festivala yenidən dəvət aldığıma, burada yapon musiqisini təmsil etdiyimə görə sevinc hissi keçirirəm.

Milli.Az bildirir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Şəki "İpək Yolu" VIII Beynəlxalq Musiqi Festivalının iştirakçısı, Yaponiyanın "Va-Liqa" musiqi qrupunun prodüseri Takaku Terutoşi deyib.

Şəkinin öz doğma ölkəsinə, doğulduğu diyara çox bənzədiyini vurğulayan yaponiyalı musiqiçi bu gözəl şəhərə yenidən gəlmək arzusunda olduğunu bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/558335.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR