"Bəyin oğurlanması" filminin Gülbadamı: "Ağır xəstəyəm, tək yaşayıram" - FOTO

"Bəyin oğurlanması" filminin Gülbadamı: "Ağır xəstəyəm, tək yaşayıram" - FOTO
19:32 28 İyun 2017
Ölkə mətbuatı
A- A+

"Bəyin oğurlanması" filminin qəhrəmanı Naibə Əlibəyova ağır xəstəliyə tutulub. Bu günlərdə əməliyyatdan qayıdan aktrisa səhhəti haqda Milli.Az-a danışıb:

"Artıq bir neçə ildir ki, xərçəng xəstəliyindən əziyyət çəkirəm. Həkimlər illər öncə başımda şiş tapdılar. Hər dəfə əməliyyata tək gedib-gəlirəm. Bir qardaşım var, özüm də tək yaşayıram. Qızım ailəlidir, başı övladlarına qarışıb. Türkiyədən 2 gün əvvəl gəlmişəm. Allah bu xəstəlikdən əziyyət çəkən bütün insanlara can sağlığı versin".

O, sonradan filmlərə çəkilməməsinin səbəblərindən də bəhs edib:

"O vaxtı mənə çox söz verdilər ki, səni filmlərdə çəkəcəyik. Bilmirəm niyə çəkmədilər. Deyim ki, aktrisalıq qabiliyyətim yoxdur, bu, göz qabağındadır. "Bəyin oğurlanması" filmindəki bir epizodla məşhurlaşdım. Mən yadda qalmasam da, rolum yaddaşlarda qalıb".

Qeyd edək ki, aktrisa "Bəyin oğurlanması" filmində, xalq artisti Arif Quliyevlə birgə ifa etdiyi epizodunla məşhurlaşıb.

Əli Rəhimoğlu
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/557801.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR