Avropa Şurasında qaçqın və məcburi köçkünlərə həsr edilmiş "canlı kitabxana" təşkil edilib

Avropa Şurasında qaçqın və məcburi köçkünlərə həsr edilmiş "canlı kitabxana" təşkil edilib
19:52 28 İyun 2017
20 Dünya
Ölkə mətbuatı
A- A+

Strasburq. 28 iyun. REPORT.AZ/ AŞ PA-nın yay sessiyası çərçivəsində Avropa Şurasının (AŞ) qərargahında qaçqın və məcburi köçkünlərə həsr edilmiş "canlı kitabxana" təşkil edilib.
"Report"un Fransa bürosu xəbər verir ki, "canlı kitabxana"nın təşkilində məqsəd qaçqınlarla söhbət edib, onların yaşadıqları çətin həyatı canlı dinləmək imkanı yaratmaqdan ibarət olub.
"Canlı kitabxana"nı açıq elan edən Milli Məclisin deputatı, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, təşkilatın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri Sahibə Qafarova kitabxananın qaçqınlarla söhbət etmək, onların yaşadıqları faciəli anları anlamaq üçün gözəl fürsət olduğunu bildirib. «Siz bu kitabxanada 22 canlı kitab oxuya bilərsiniz, yəni 22 qaçqının hekayəsinə qulaq asa və qaçqın böhranı anlayışının arxasında dayanan acı həqiqətlərlə taniş ola bilərsiniz. Onlar arasında Avropaya gəlib çıxana qədər həyatını riskə atan insanlar, habelə tək səyahət etmiş yetkinlik yaşına çatmamış uşaqlar da var. Onlar bu gün Avropa Şurasına üzv dövlətlərin ərazilərində məskunlaşıblar və müxtəlif problemlərlə izləşməli olublar» - deyə o bildirib.
"Canlı kitabxana"da həmçinin digər "kitab"lar da - qarşılaşdıqları faciəli həyat yolu keçmiş qaçqınların taleyindən söhbət açan sosial işçilər də var.







Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/avropa-surasinda-qacqin-ve-mecburi-kockunlere-hesr-edilmis-canli-kitabxana-teskil-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR