"Qəbələ" növbəti transferini rəsmiləşdirdi -

2017/18 mövsümünə hazırlığı Avstriyada davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Metbuat.az bildirir ki, bunadək İlqar Qurbanov, Aqil Məmmədov, Elvin Məmmədov, ispaniyalı Xavyer Ernandes Qonzales, fransalı Stiven Jozef-Monroz və hollandiyalı Dion Malonenin transferini gerçəkləşdirən “qırmızı-qaralar” daha bir legionerlə anlaşıb. Şotlandiyalı yarımmüdafiəçi Endryu Uilyam Hallidey icarə əsasında 1 il "Qəbələ"nin heyətində çıxış edəcək.

Endi Hallidey kimi tanınan futbolçu 1991-ci il oktyabrın 31-də anadan olub. 26 yaşlı şotlandiyalı “Ross Kaunti”, “Reyncers” və “Livinqston” klublarının yeniyetmə komandalarında çıxış edib.

Peşəkar karyerasına 2008-ci ildə başlayan Hallidey Şotlandiyada “Livinqston” (2008-2010), İngiltərədə “Midlsbro” (2010-2015), icarə əsasında “Uolsoll” (2011-2012), “Blekpul” (2014) və “Bredford” (2014-2015) klublarında çıxış edib. 2015-ci ildə “Reyncers”ə keçən Endi son iki mövsümü bu komandanın formasını geyinib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR