Xəzərdə qayıq qəzaya uğradı: 5 yaralı

Xəzərdə qayıq qəzaya uğradı: 5 yaralı
21:59 28 İyun 2017
48 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün saat 13.50 radələrində Geofizika və Geologiya İdarəsinin əməkdaşlarının olduğu qayıq qəzaya uğrayıb.

 

Lent.az-ın “modern.az”-a istinadən xəbərinə görə,  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Arya 141” qayığı ilə N.Nərimanov adına Neft və Qaz Çıxarma İdarəsinin ərazisində seysmik kəşfiyyat işləri apararkən qayıq idarəetməni itirərək 34 saylı meydançanın ayağına toxunub.

 

Nəticədə qayıqda olan 7 nəfərdən 5-i müxtəlif dərəcəli bədən xəsarətləri alıb və təcili tibbi yardım maşınları ilə 1 saylı şəhər xəstəxanasına çatdırılıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277980

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR