Bayram tətili başa çatdı: avtovağzallarda sıxlıq yaranıb - VİDEO

Bayram tətili başa çatdı: avtovağzallarda sıxlıq yaranıb - VİDEO
22:32 28 İyun 2017
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Bayram tətilinin son günü səhər saatlarından etibarən Yevlax avtovağzalında sıxlıq müşahidə edilib.

Milli.Az bildirir ki, havanın isti olması sərnişinlərin narahatlığını bir qədər də artırıb. Sıxlığı aradan qaldırmaq üçün xəttə əlavə həm avtobuslar, həm də mikroavtobuslar buraxılıb.

Sərnişin bolluğunu fürsət bilib süni qiymət artımı edən sürücülər xüsusi diqqətdə saxlanılıb.

Şəki avtovağzalında da sixlıq olub. Burdan bütün istiqamətlərə gedən sərnişin çox olsa da, Bakıya getmək istəyənlərin sayı 5-10 dəfə artıb. İşini ehtiyatlı tutanlar biletləri əvvəlcədən alıblar.

Gərginliyin aradan qaldırılması üçün avtovağzal rəhbərliyi tərəfindən iki böyük tutumlu avtobus və bir neçə mikroavtobus xəttə buraxılıb.

Şəkidən Bakıya gediş haqqı 6 manat 50 qəpikdir. Sərnişınlərin artmasına baxmayaraq biletlərdə qiymət artımı olmayıb.

Lənkəranda isə səhər saatlarında sıxlıq olub. Gün ərzində Lənkərandan paytaxta 6 avtobus çıxıb. Bir neçə əlavə avtobus da ehtiyatda saxlanılıb ki, sıxlıq yaranarsa xəttə buraxılsın.

Lənkərandan Bakıya bir nəfərin gediş haqqı 5 manatdır. Qiymətin süni şəkildə qaldırılmasına qarşı yoxlamalar aparılıb. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bayram tətili başa çatdı: rayon avtovağzallarında sıxlıq yaranıb


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/558352.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR