Şimali Koreyadan ŞOK BƏYANAT:

Şimali Koreya hökuməti Cənubi Koreyanın sabiq prezidenti Pak Kın Xenin vəzifədə olduğu müddətdə Kim Çen Ina qarşı sui-qəsd planı hazırladığına dair yayılan xəbərləri təsdiqləyib.

Metbuat.az bildirir ki, rəsmi Pxenyan Pakı və Milli Kəşfiyyat İdarəsinin sabiq rəisi Li Byonq Honu Şimali Koreya prezidenti Kim Çen Ina sui-qəsd hazırlamaqda günahlandırıb. Bəyanatda onların hər ikisinin edam olunacağı bildirilib:

"Xain Pak Kın Xeni, onun oyuncaq kəşfiyyat idarəsinin sabiq rəhbərini və bu dövlət dəstəkli terror cəhdinin bütün digər təşkilatçılarını edam edəcəyik".

Qeyd edək ki, Pak Kın Xenin prezidentliyi dönəmində Şimali Koreya prezidenti Kim Çen Ina sui-qəsd planı hazırladığı barədə ilk dəfə Yaponiya mətbuatı məlumat yaymışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR