SOCAR əməkdaşlarını daşıyan qayıq qəzaya uğrayıb -

İyunun 28-də saat 13.50 radələrində SOCAR-ın Geofizika və Geologiya İdarəsinin əməkdaşları “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Arya 141” qayığı ilə N.Nərimanov adına NQÇİ-nin ərazisində seysmik kəşfiyyat işləri apararkən qayıq idarəetməni itirmiş 34 saylı meydançanın ayağına toxunub.

SOCAR-ın mətbuat xidmətindən verilən məlumata görə, nəticədə qayıqda olan 7 nəfərdən 5-i müxtəlif dərəcəli bədən xəsarətləri alıb və təcili tibbi yardım maşınları ilə 1 saylı şəhər xəstəxanasına çatdırılıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR