İldırımvurma hallarının sayı artıb - Təbiət hadisəsindən necə qorunmaq olar? - VİDEO

İldırımvurma hallarının sayı artıb - Təbiət hadisəsindən necə qorunmaq olar? - VİDEO
22:52 28 İyun 2017
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Ölkədə ildırımvurma hallarının sayı artıb.

Milli.Az bildirir ki, təkcə bu ay ərzində 2 nəfəri ildırım vuraraq öldürüb. 250 qoyun isə tələf olub. Mütəxəssislərin sözlərinə görə, ildırım hadisələrinin artmasının əsas səbəbi iqlim dəyişiklikləridir.

Elmlər Akademiyasının Coğrafiya İnstitutunun böyük elmi işçisi Həsən Nəbiyev deyir ki, ildırım halları ölkənin daha çox dağlıq bölgələrində baş verir.

Onun sözlərinə görə, şimşək çaxan zaman yüksək ərazilərdə, hündür yerlərdə dayanmamaq məsləhətdir. Evdəki bütün elektrik cihazları, mobil telefonlar söndürülməli, pəncərələrin nəfəslikləri bağlanmalıdır.

Suyun elektrik keçiriciliyi yüksək olduğu üçün ildırım çaxan vaxtlarda çimmək, duş qəbul etmək, eləcə də qab-qacaq, paltar yumaq da məsləhət görülmür. Yağışlı və şimşəkli havada küçədə olarkən qorunmaq üçün bayraq, telefon ötürücüsü, işıq və buna bənzər digər metal dirəklərdən uzaqda dayanmaq lazımdır. Çünki bu cür dirəklərə ildırımın düşmə riski daha çoxdur.

Hazırda ildırım hadisələri ilə bağlı tədqiqat işləri aparılır. Onun hansı səbəbdən çoxalmasının səbəbləri və yaranma şəraiti öyrənilir. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
İldırımvurma hallarının sayı artıb - Təbiət hadisəsindən necə qorunmaq olar?


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/558355.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR