Həyat yoldaşına sevgilisiylə XAİN TƏLƏ

Həyat yoldaşına sevgilisiylə XAİN TƏLƏ
22:58 28 İyun 2017
220 Dünya
Ölkə mətbuatı
A- A+

Ağlasığmaz bir xəyanət əhvalatı ortaya çıxıb. Sevgilisi xüsusi makiyajla, hicaba girərək həyat yoldaşı kimi etibarnamə imzalayıb və xanımının bütün mal-dövlətini satmağa cəhd edib.

Publika.az xəbər verir ki, Aksaray dəmir polad zavoduna malik olan Hakan Ç, ilk həyat yoldaşı Həsrət Ç.-dən iki uşağı dünyaya gələndən sonra katibəsi Fatma Gül C. ilə birlikdə yaşamağa başlayıb. Katibəsindən də 2 uşaq dünyaya gəlib. Keçən il katibəsini bıçaqla yaralayıb tərk edən Hakan Ç, bir müddət əvvəl də Göklin G. ilə eşq yaşamağa başlayıb. Bu arada müflis olan Hakan Ç, sevgilisiylə əməkdaşlıq edərək, ilk həyat yoldaşı Həsrət Ç.-yə məxsus ev və torpaq sahələrini satmağa qərar verib.

Hicablı olan xanımına bənzəməsi üçün, hicab libası geyindirdiyi Göklin G.-nı notariusa aparan Hakan həyat yoldaşından ələ keçirdiyi şəxsiyyət vəsiqəsini də istifadə edərək, həyat yoldaşı olaraq tanıtdığı sevgilisi vasitəsilə vəkalətnamə çıxarıb. Bu vəkalətnamə ilə xanımına məxsus 400 min lirə dəyərində iki yeri problem yaşamadan satan dələduz-işgüzar, sonra həyat yoldaşının 2 uşağıyla birlikdə yaşadığı evi də satmağa qərar verib. Hakanı daha əvvəlki fərqli bir cinayət səbəbiylə izləyən Korrupsiya və Mütəşəkkil Cinayətlərlə Mübarizə Şöbəsinin əməkdaşları şübhəlinin xanımına aid malları satmağa çalışdığını duyanda konkret hərəkətə keçib. Bu satışın baş verəcəyi anda basqın edən polis, qaçmağa çalışan Hakan Ç-ni həbs edə bilib. Hakan ilə birlikdə sevgilisi Göklin G. də həbs olunub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/204242.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR