Dünyanın ən bahalı şaurması hazırlandı: timsah əti, qızıl...

Dünyanın ən bahalı şaurması hazırlandı: timsah əti, qızıl...
23:12 28 İyun 2017
Ölkə mətbuatı
A- A+

Dünyanın ən bahalı şaurmasını (Wrap) Litvada hazırlayıblar. Milli.Az lent.az-a istinadən bildirir ki, yemək fastfood olsa da, onu hazırlayan komandanın fikrincə, bu şaurma əla keyfiyyətlidir. Çünki onun hazırlanmasında timsah ətindən, yüksək əyarlı yeməli qızıl və trüfeldən istifadə edilib. Menyuda bu yemək "Lavish croco lavash aka Robin Hood" adlanır və qiyməti 28,89 avrodur.

Onu hazırlayan Karolis Yaruşyaviçyus qeyd edib ki, qiyməti baha olan bu ekzotik yeməyin satışından əldə edilən qazancın yarısı ciddi xəstəliyi olan uşaq evlərinə veriləcək.
 
"Yeməyə "Lavish croco lavash aka Robin Hood" adı təsadüfi seçilməyib. "Lavish" səxavətli, Robin Qud isə zənginlərdən əldə etdiyi vəsaiti yoxsullara paylayan müsbət qəhrəmandır. Komandamız hər il Milad bayramında şaurmanın satışından əldə edilən qazancın yarısını xəstə uşaqlara və ya xəstələri dəstəkləyən fondlara ianə etmək qərarına gəlib", - deyə K.Yaruşyaviçyus qeyd edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/558231.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR