Putin: "Xarici ölkələrin xüsusi xidmət orqanları Rusiyanın daxili proseslərinə təsir göstərməyə çalışırlar"

Putin: "Xarici ölkələrin xüsusi xidmət orqanları Rusiyanın daxili proseslərinə təsir göstərməyə çalışırlar"
23:32 28 İyun 2017
55 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 28 iyun. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin bildirib ki, xarici ölkələrin xüsusi xidmət orqanları Rusiyanın daxili siyasi və ictimai proseslərinə təsir göstərməyə çalışırlar.
"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Məlumatda bildirilir ki, qeyri-leqal kəşfiyyatın 95 illiyi münasibətilə Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin mənzil-qərargahına gələn dövlət başçısı bir sıra ölkələrin xüsusi xidmət orqanlarının fəallaşdığını vurğulayıb.
"Bizim ölkəmizin daxili siyasi və ictimai proseslərinə təsir etmək məqsədilə əməliyyatlar keçirilir. Xarici xüsusi xidmət orqanlarının Rusiya və bizim müttəfiqlərimiz əleyhinə artan fəallığı göz qabağındadır" – deyə Rusiya prezidenti bildirib.
Onun sözlərinə görə, Rusiyanın müdafiə, iqtisadi, resurs potensialı barədə məlumatlar əldə etmək üçün kiberhücum cəhdindən, informasiyaların toplanması, casusların ələ alınması cəhdlərindən istifadə edilir. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/putin-xarici-olkelerin-xususi-xidmet-orqanlari-rusiyanin-daxili-proseslerine-tesir-gostermeye-cal

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR