Azərbaycan neftinin SON QİYMƏTİ

Azərbaycan neftinin SON QİYMƏTİ
00:12 29 İyun 2017
Ölkə mətbuatı
A- A+

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 47,8 dollar/barel təşkil edib ki, bu da iyunun 22-ə olan göstəricidən 1,53 dollar/barel çoxdur.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyunun 27-də 47,27 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,55 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 27-də 44,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,54 dollar/barrel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyunun 27-də 46,18 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,56 dollar/barrel çoxdur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/558363.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR