Konfederasiyalar Kubokunda ilk finalçı müəyyənləşdi - VİDEO

Konfederasiyalar Kubokunda ilk finalçı müəyyənləşdi - VİDEO
01:33 29 İyun 2017
34 İdman
Ölkə mətbuatı
A- A+

Rusiyada təşkil olunan Konfederasiyalar Kubokunda ilk finalçı müəyyənləşib. Bu, Çili millisidir.

Kazanda son Avropa çempionu Portuqaliya ilə qarşılaşmanın əsas və əlavə vaxtında hesab açılmayıb. Penaltilər seriyasında isə cənubi amerikalılar daha dəqiq olaraq, qalib adını qazanıblar. Komandalar hərəyə 3 penalti yerinə yetirib. Çili millisinin qapıçısı Klaudio Bravo Rikardu Kuarejma, Joao Moutinyo və Luiş Naninin zərbələrini dəf edib. Əvəzində onun komanda yoldaşlarından Arturo Vidal, Çarles Arangis və Aleksis Sançes dəqiq olub.

Finalda Çili millisinin rəqibi Almaniya və Meksika arasında bu gün keçiriləcək digər yarımfinal görüşünün qalibi olacaq. Həlledici qarşılaşma iyulun 2-də baş tutacaq.

Konfederasiyalar Kuboku

Yarımfinal

28 iyun

22:00. Portuqaliya - Çili - 0:3 (əsas və əlavə vaxtda - 0:0, penaltilərlə - 0:3)

Penaltilər seriyası

Arturo Vidal - 0:1

Rikardu Kuarejma - 0:1 (qapıçı)

Çarles Arangis - 0:2

Joao Moutinyo - 0:2 (qapıçı)

Aleksis Sançes - 0:3
Luiş Nani - 0:3 (qapıçı)

Baş hakim: Alireza Fəqani (İran)

"Kazan Arena"

Qeyd edək ki, Portuqaliya A qrupunda Meksika, Rusiya və Yeni Zelandiya milliləri ilə mübarizədə 7 xalla birinci yeri tutub. Çili isə Almaniya, Avstraliya və Kamerunun da yer aldığı B qrupunda 5 xalla 2-ci olub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/204249.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR