"Milan" daha bir futbolçu ilə anlaşdı

"Sanderlend"in hücumçusu Fabio Borini karyerasını "Milan"da davam etdirəcək.

Metbuat.az bildirir ki, italiyalı futbolçu tibbi müayinədən keçmək üçün Milana yollanıb.

"Burada olduğum üçün sevinc hissi keçirirəm", - deyə Borini qeyd edib.

Borininin transferi "Milan"a 6 milyon avroya başa gələcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR