"Siçan zəhəri, aseton, milçək dərmanı..." - Ən təhlükəli narkotik vasitələr - FOTOLAR

"Siçan zəhəri, aseton, milçək dərmanı..." - Ən təhlükəli narkotik vasitələr - FOTOLAR
01:58 29 İyun 2017
95 Dünya
Ölkə mətbuatı
A- A+

Son günlərdə Türkiyənin dörd bir yanında gəncləri tanınmaz hala salan "bonzai" narkotik maddəsinin tərkibi görənləri şoka salıb.

Publika.az xəbər verir ki, bir neçə nəfərdən ibarət dəstə antisanitar şəraitdə narkotik maddə istehsal edib. Tərkibi siçan zəhəri, kənd təsərrüfatında istifadə olunan kimyəvi dərmanlar, milçək dərmanı, aseton və daha bir çox tərkibi məlum olmayan kimyəvi maddələrdən ibarət "bonzai" narkotik vasitəsi gəncləri "iflic" edib.

Küçə ortasında gəncləri tanınmaz hala salan maddəni hazırlayanlar İstanbul Narkotik Polisinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

1-i əcnəbi olmaqlq 3 nəfər şəxs həbs olunub.

Əməliyyat nəticəsində sadalanan kimyəvi maddələr və onlardan hazırlanan 14 kiloqram "bonzai" narkotik maddə polis tərəfindən müsadirə edilib.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/204250.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR