Yayda uşaqları nədən və necə qorumalı?

Yayda uşaqları nədən və necə qorumalı?
02:58 29 İyun 2017
Ölkə mətbuatı
A- A+

“Uşağıma soyuq olar” deməyin! Yayda uşaqlara qalın paltarlar geyindirmək olmaz. Yay aylarında uşaqlara gündüzləri nazik geyimlər geyindirmək lazımdır. Günəşdən qorumaq üçün mütləq papaq alın. Axşamlar sərin olarsa, uzun qollu köynək, nazik jaket və ya şalvar geyindirin. Geyimlərin açıq rəngli, geniş və 100 faiz pambıq olmasına diqqət edin.

Su verin! Yayın isti günlərində hamımız xoşagəlməz qoxulu tərləyirik. Tərləyən zaman su içmək istəyi təbii haldır. Uşaqlar da böyüklər kimi su içərək sərinləşmək istəyirlər. Gün ərzində uşağa su verin və sulu qidalar yedirin.

Səpkidən qoruyun! Yayın gəlməsi ilə səpki problemi ilə daha çox qarşılaşırıq. Bu da tərləmə ilə bağlıdır. Müalicə ilə tərləməni mümkün qədər azaldın, daha geniş geyimlər geyindirin. İlıq su ilə çimizdirin.

Həm Günəşdən qoruyun, həm də günəş vannası qəbul etməsinə icazə verin! Yayda qarşımıza çıxan digər problem gün vurmaları və yanıqlardır. Bunun qarşısını almağın ən yaxşı yolu, günəş vannası saatlarını düzgün seçməkdir. Xüsüsən də 10:00 ilə 16:00 saatları arasında Günəşə çıxmaq olmaz. Səhər tezdən və axşamlar uzun olmamaq şərti ilə günəşə çıxmaq olar.

Mikroblardan uzaq tutun! Yayda mikroblarla daha çox qarşılaşırıq. Mikroorqanizmlər isti havada daha sürətlə yayılır. Yayda dənizə daha çox girdiyimiz üçün dəniz suyunu udaraq mikrobları ağızdan qəbul etmə ehtimalı böyüyür. Yayda mikrobların qarşısını almaq üçün meyvələrin təmiz yuyulmasına və içdiyiniz sulara diqqət edin.

Tətil zamanı diqqət edin! Tətil zamanı uşaqlarla daha çox vaxt keçiririk. Yay aylarında uşaqların vaxtını daha yaxşı keçirməsi və sahildə oynaya bilməsi üçün onlara yaxşı oyuncaqlar alın. Bu oyuncaqların təhlükəsiz olmasına diqqət edin.

Ağcaqanad və həşaratlardan qoruyun! Yayda ağcaqanad və həşaratların əlindən şikayət etməyən insan yoxdur. Bunların bir qismi zərərsiz olsa da, bir qismi allergiyaya səsəb ola bilər. Bunun qarşısnı almaq üçün ağcaqanadlarla mübarizə aparan dərmanlar alın. Tətilə gedəndə vazelin və yod kimi dərmanları da özünüzlə aparın.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/saghlamliq/35630.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR