İtaliya miqrantlara qapılarını bağlayır

İtaliya miqrantlara qapılarını bağlayır
03:24 29 İyun 2017
48 Digər
Ölkə mətbuatı
A- A+

İtaliya miqrant axınının qarşısını almaq üçün limanlarını bağlamaq niyyətindədir.

 

APA-nın xəbərinə görə, bu barədə “La Repubblica” qəzeti yazıb.

 

Məlumata əsasən, İtaliyanın Avropa İttifaqındakı nümayəndəsi Maurisio Massari bu barədə Aİ-nin daxili işlər üzrə komissarı Dimitris Avramopulosu məlumatlandırıb. “Mövcud kritik vəziyyəti nəzərə alaraq, İtaliya öz limanlarında qeyri-italyan gəmilərinin qəbuluna artıq zəmanət verə bilmir”, deyə M.Massari bildirib.

 

Son günlər ərzində İtaliya Sahil Mühafizəsi tərəfindən 9 minə yaxın qeyri-qanuni miqrant xilas edilib. İlin əvvəlindən dəniz vasitəsilə Avropaya 77 mindən çox yaxın qeyri-qanuni mühacir daxil olub. Aralıq dənizini qət etməyə çalışarkən onlardan təxminən 2000 nəfəri ölüb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277988

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR