Bakıda iki avtomobil toqquşdu

Bakıda iki avtomobil toqquşdu
04:43 29 İyun 2017
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, Bəhruz Abdullayev idarə etdiyi “Hyundai” markalı avtomobillə “20 Yanvar” dairəsindən metronun Koroğlu stansiyası istiqamətində hərəkətdə olarkən Ziya Bünyadov prospektində idarə etməni itirib. Avtomobil qarşıda hərəkətdə olan və Şükür Nəsirovun idarə etdiyi “Mercedes- Gelandewagen” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində xəsarət alan olmasa da, Bəhruz Abdullayevin avtomobilinə xeyli ziyan dəyib.

Qəzadan sonra prospektdə 1 saata yaxın tıxac yaranıb. Hadisə yerinə gələn yol-patrul xidmətinin əməkdaşları avtomobilləri hadisə yerindən uzaqlaşdıraraq, nəqliyyatın hərəkətini bərpa ediblər.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/204253.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR