Galaxy S8-i isti yağın içində qızartdılar - VİDEO

Galaxy S8-i isti yağın içində qızartdılar - VİDEO
07:27 29 İyun 2017
Ölkə mətbuatı
A- A+

Müxtəlif videobloggerlər, smartfonların dözümlüklərini yoxlamaq üçün yeni üsullar axtarmaq da davam edirlər.

Milli.Az technote.az-a istinadən bildirir ki, bu dəfə Tennet's Lager adlı YouTube kanalının videobloggerləri, Samsung Galaxy S8 smartfonunu sözün əsl mənasında isti yağın içində qızardıblar. İlk öncə təcrübəçilər sözügedən smartfonu xüsusi mayenin içinə daxil ediblər. Bu maye əsasən fast food məkanlarda toyuqların qızardılmasında istifadə olunur. Daha sonra onlar 200 dərəcə temperaturlu isti yağa smartfonu atıb 1 dəqiqə gözləyiblər. Qeyd etmək lazımdır ki, Galaxy S8, IP68 standartına uyğun sudan və tozdan qorunsa da, o bu cür ciddi təcrübə üçün nəzərdə tutulmayıb. Spoiler vermək istəmədiyimiz üçün smartfonun aqibətinin necə olduğunu bilmək istəyirsinizsə aşağıdakı videoya baxın.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/558201.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR