Galaxy Note 8-in qiyməti məlum oldu

Galaxy Note 8-in qiyməti məlum oldu
07:52 29 İyun 2017
Ölkə mətbuatı
A- A+

Məşhur insayder Evan Blass, Galaxy Note 8 haqqında yeni məlumatları təqdim edib.

Milli.Az technote.az-a istinadən bildirir ki, Evan Blass-ın məlumatlarına əsasən Galaxy Note 8, smartfon bazarında ən bahalı cihaz olacaq və o, Sentyabr ayının ikinci yarısında satışa çıxacaq. Qeyd etmək lazımdır ki, əvvəlki şaiyələrə əsasən smartfon bu ilin Avqust ayında satışa çıxmalı idi. Bundan əlavə olaraq Blass qeyd edib ki, yeni çıxacaq smartfonun qiyməti 900$ təşkil edəcək. Hal hazırda Galaxy S8-in qiymətini nəzərə alsaq, Galaxy Note 8 üçün bu cür qiymət göstəricisi çox böyükdür. Bir sıra məlumatlara əsasən Galaxy Note 8, 6.3 inç-lik ekran, Snapdragon 835 və ya Exynos 8895 prosessorları (hansı ölkələrdə satılacağından asılı olaraq), 6 GB RAM, 3300 mAh enerji tutumlu batareya və yeni S-Pen stilusu ilə təchiz olunacaq. Evan Blass qeyd edib ki, yeni modeldə barmaq izi skanı, Galaxy S8-də olduğu kimi arxa pnaeldə yerləşən kameranın yanında olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/558204.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR