Masallıda sürücü azyaşlını vuraraq hadisə yerindən qaçıb

Masallıda sürücü azyaşlını vuraraq hadisə yerindən qaçıb
07:52 29 İyun 2017
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Masallı. 29 iyun. REPORT.AZ/ Masallı rayonunda sürücü azyaşlını vuraraq hadisə yerindən qaçıb.
"Report"un xəbərinə görə, hadisə rayonun mərkəzi küçələrinin birində qeydə alınıb.
Belə ki, 2009-cu il təvəllüdlü Baxışov Zamiq Əli oğlu yoldan keçərkən onu "Toyoto Prado" markalı avtomobil vuraraq ərazidən uzaqlaşıb. Z.Baxışov ağır xəsarət alaraq Bakıda yerləşən xəstəxanaların birinə yerləşdirilib.
Hadisəni törədən sürücü Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Qeyd edək ki, xəsarət alan azyaşlının atası Baxışov Əli Masallıda kənd məktəblərinin birində direktor müavini vəzifəsində çalışır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/masallida-surucu-azyaslini-vuraraq-hadise-yerinden-qacib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR