İŞİD İraqın şimalına hücum edib: ölənlər var

İŞİD İraqın şimalına hücum edib: ölənlər var
08:05 29 İyun 2017
45 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD terror qruplaşmasının İraqın şimalındakı Salah-əd-Din vilayətinə hücumu zamanı 3 mülki sakin həlak olub.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə "Sinxua" agentliyi xəbər verib.
Təhlükəsizlik qüvvələrindəki mənbənin agentliyə verdiyi məlumata görə, ölkənin qərbində, paytaxt Bağdaddan 200 kilometr məsafədəki Bayci şəhərində terrorçularla baş vermiş silahlı qarşıdurmada bir hərbçi həlak olub. Qeyd olunur ki, güc strukturları 3 silahlını zərərsizləşdirib.
Bundan əlavə, agentliyin məlumatına görə, terrorçular tərəfindən minaatanlardan açılan atəş nəticəsində Şərhat şəhərində 3 dinc sakin həlak olub. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/558376.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR