The Foreigner filminin ilk traileri - VİDEO

The Foreigner filminin ilk traileri - VİDEO
08:05 29 İyun 2017
Ölkə mətbuatı
A- A+

Öncə amerikalıları, daha sonra vyetnamlıları öldürmüş Vyetnam müharibəsi veteranı Quan, həbsdə olandan sonra öz ailəsi ilə birlikdə ölkədən qaçır.

Milli.Az technote.az-a istinadən bildirir ki, lakin yolda onun iki qızı dəhşətli şəkildə vəfat edir. Daha sonra o, yeganə qızı və həyat yoldaşı ilə birlikdə Londona köçərək orda sakit həyat tərzi yaşamağa başlayırlar. Lakin günlərin birində baş verən terror hadisəsi nəticəsində Quan-ın yeganə qızı və həyat yoldaşı vəfat edir. Hökümətin bu məsələyə laqeyd yanaşdığını görən Quan, özü terrorçuları axtarıb məhv etmək qərarına gəlir. Rejissoru Martin Campbell-in olduğu filmdə baş rolları Jackie Chan, Pierce Brosnan, Orla Brady, Simon Kunz və digərləri canlandırıblar. "The Foreigner" filminin premyerası bu ilin Sentyabr ayında baş tutacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/558205.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR