Bakıda "London taksisi" qəza törədib - FOTO

Bakıda "London taksisi" qəza törədib - FOTO
08:05 29 İyun 2017
25 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda "London taksisi" işıqforun sarı işığında keçərək qəza törədib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.
Belə ki, sürücü Ruslan Qarayev idarə etdiyi "London taksisi" ilə Abbasqulu Ağa Bakıxanov küçəsi ilə hərəkət edən zaman işıqforun sarı işığına məhəl qoymayaraq yolu keçib və Azadlıq prospekti ilə hərəkətdə olan "Azsamand" markalı avtomobil ilə toqquşub. R. Qarayev "Report"a müsahibəsində bildirib ki, zərbə o qədər güclü olub ki, "Azsamand" işıqfora, "London taksisi" isə yol nişanına və ağaca çırpılıb.  
Qəza zamanı xəsarət alan olmasa da, hər iki avtomobil deformasiyaya uğrayıb.  
Faktla bağlı əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Avtomobillər cərimə meydançasına aparılıb.
Qeyd edək ki, 5 gün bundan əvvəl də həmin ünvanda 3 avtomobilin toqquşması nəticəsində digər işıqfor sıradan çıxıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/558378.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR