Konfederasiyalar Kuboku: İkinci finalçı kim olacaq?

Konfederasiyalar Kuboku: İkinci finalçı kim olacaq?
08:17 29 İyun 2017
50 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Konfederasiyalar Kubokunda ikinci yarımfinal matçı keçiriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Çilidən sonra Almaniya və Meksika da həlledici oyun üçün meydana çıxacaqlar.
 
Son dünya çempionu bundestim şimali amerikalıları sınağa çəkəcək. Yoahim Löv komandasını turnirə ikinci heyətlə gətirdiyindən, heç də cütlüyün aşkar favoriti sayılmır.
 
Düzdü, Almaniya qrupda Avstraliya (3:2) və Kamerun (3:1) üzərində qələbə qazanıb, Çili ilə (1:1) bərabərə qalıb.
 
Ancaq Meksika da A qrupunda eyni göstəriciyə imza atıb (Portuqaliya - 2:2, Yeni Zelandiya - 2:1, Rusiya - 2:1).
 
FİFA Konfederasiyalar Kuboku-2017
Yarımfinal
29 iyun

 
22:00. Almaniya - Meksika
Soçi. "Fişt" stadionu

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/558365.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR