“Xovf və rəca arasında olmaq” nə deməkdir?

“Xovf və rəca arasında olmaq” nə deməkdir?
08:22 29 İyun 2017
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Ərəb dilindən tərcümədə xovf - qorxu, rəca - ümid deməkdir. İslam əxlaqına görə, müsəlman bütün məsələlərdə ifrat və təfritdən uzaq olmalı, orta yolu tutmalıdır. Allaha münasibətdə də müsəlmanın vəzifəsi budur ki, həm Allahın əzabından qorxsun, həm də Onun mərhəmətinə umid etsin.

Milli.Az islam.az-a istinadən bildirir ki, birinciyə xovf (qorxu), ikinciyə isə rəca (ümid) halı deyirlər. İnsan həmişə öz xeyir əməllərini az, günahlarını isə çox bilməlidir. Allahın qəzəbinə tuş gəlməmək üçün davranışında diqqətli olmalıdır. Amma ilahi mərhəmətdən naumid olmaq da düzgün deyil. Çünki Allah Rəhman və Rəhimdir, günahları bağışlayan, eyibləri gizlədən, tövbələri qəbul edəndir. İmam Cəfər Sadiq (s) buyurub: "Elə bir mömin yoxdur ki, ürəyində xovf və rəca adlı iki nur olmasın. Bunların hansı birini ölçsən, o birindən ağır gəlməz (yəni ikisi də bərabər olar)".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/558207.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR