Hənzələ qəsilül-məlaikə kimdir?

Hənzələ qəsilül-məlaikə kimdir?
08:42 29 İyun 2017
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Hənzələ gənc yaşlarında iman gətirmişdi. O, İslamdan əvvəl də hənif dinində idi, bütlərə tapınmırdı. Amma atası Əbu Amir xaçpərəst əqidəsində idi.

Milli.Az islam.az-a istinadən bildirir ki, hənzələ hicrətdən sonra ailə qurdu. Onun toyu Ühüd savaşından bir gün əvvələ təsadüf etmişdi. Müsəlmanlar döyüş məqsədi ilə Mədinədən çıxanda Hənzələ öz toyunda iştirak etmək üçün Peyğəmbərdən bir günlük möhlət aldı və sabah tezdən özünü qoşuna çatdıracağına söz verdi.

Hənzələ həmin gecəni öz həyat yoldaşı ilə keçirdi. Səhər yuxudan ayılanda artıq cənabət qüslü almaq üçün vaxtı yox idi. O, qüsl almadan evdən çıxdı və dediyi vaxt Ühüdə gəlib çatdı. Döyüş başlayanda şücaətlə meydana atıldı və arxadan vurulan bir nizə zərbəsi ilə şəhid oldu.

Həzrət Mühəmməd Peyğəmbər (s) savaşdan sonra səhabələrinə belə buyurdu: "Bilin ki, indi mələklər Hənzələnin cəsədinə qüsl verirlər ki, cənabətli halda Allahın hüzuruna getməsin". O gündən Hənzələnin xatirəsini "qəsilül-məlaikə", yəni "mələklərin qüsl verdiyi" ləqəbi ilə anmağa başladılar.

Hənzələnin şəhadətindən sonra Abdullah adlı oğlu doğuldu. Kərbəla faciəsindən sonra mədinəlilər İmam Hüseynin (ə) intiqamını almaq şüarı ilə qiyam qaldıranda bu qiyama Abdullah ibn Hənzələ başçılıq etdi. O və tərəfdarları Yezidin əsgərləri tərəfindən 663-cü ildə şəhid edildilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/558209.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR