Uşağa hansı adları qoymaq məsləhətdir?

Uşağa hansı adları qoymaq məsləhətdir?
09:05 29 İyun 2017
61 Ölkə
Ölkə mətbuatı
A- A+

İslam dininə görə, Allahın gözəl adlarının (əsmaül-hüsna) əvvəlinə "əbd" kəlməsini artırmaqla yaranan adları uşağa vermək məsləhət bilinir (məsələn, Abdullah, Əbdürrəhman, Əbdürrəhim, Əbdülkərim, Əbdüləzim və s). "Allah" və "Rəhman" adlarını çıxmaqla, Allahın qalan adlarını "əbd"siz də qoymaq olar.

Milli.Az islam.az-a istinadən bildirir ki, Peyğəmbərin bəzi hədislərində Abdullah və Əbdürrəhman adları ən gözəl adlar kimi xatırlanıb (Təbərsi. Məkarimül-əxlaq, I, 421). Peyğəmbər buyurub: "O evdə ki, Mühəmməd, Əhməd, Əli, Həsən, Hüseyn, Cəfər, Talib, Abdullah və Fatimə adını daşıyan adam var, oraya kasıblıq yaxın düşməz" (Küleyni. Əl-Kafi, VI, 19).

Oğlan uşağına Mühəmməd adının verilməsinin savabı həddən artıqdır. Hətta Peyğəmbər buyurub ki, dörd (bəzi hədislərə görə üç) oğlundan birinə Mühəmməd adını verməyən ata mənim ruhuma zülm edir. Qız uşaqlarının adına gəlincə, ən çox bəyənilən və tövsiyə edilən qız adları bunlardır: Fatimə, Xədicə, Məsumə, Zeynəb, Ümmi-Külsum, Rüqəyyə, Səkinə və s.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/558211.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR