Rakkada 173 dinc sakin həlak olub

Rakkada 173 dinc sakin həlak olub
09:05 29 İyun 2017
42 Dünya
Ölkə mətbuatı
A- A+

İyunun 1-dən Suriyanın Rakka şəhərinin İŞİD terror qruplaşmasından azad edilməsi məqsədilə keçirilən hava və quru hücumları zamanı 173 dinc sakin həlak olub.

Milli.Az "Report"a istinadən bildirir ki, bununla bağlı BMT-nin İnsan Hüquqları üzə Ali komissarının İdarəsinin bəyanatında bildirilir.
"BMT-nin İnsan Hüquqları üzə Ali komissarının İdarəsinin məlumatına görə, iyunun 1-dən 173 mülki sakin hava və yer zərbələrinin qurbanı olub. Bu, təxmini qiymətləndirmədir və ölənlərin real sayı xeyli yüksək ola bilər" - deyə bəyanatda bildirilir.
İdarədən qeyd ediblər ki, dinc sakinlərin şəhərdən çıxışı yolları bağlıdır. Çoxları qaçaqmalçılara, o cümlədən İŞİD üzvlərinə Rakkanı tərk etmək üçün pul ödəyirlər. Kim ki qaçmağa müvəffəq olur, çarpaz atəş altına və minaya düşmək riski ilə üzləşir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/558375.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR