Masallıda AĞIR QƏZA: ana və oğlu öldü, 3 nəfər xəsarət aldı

Masallıda AĞIR QƏZA: ana və oğlu öldü, 3 nəfər xəsarət aldı
09:13 29 İyun 2017
85 Ölkə
Ölkə mətbuatı
A- A+

Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Shagman” markalı yük avtomobili ilə “VAZ” markalı minik avtomobili toqquşub. Nəticədə “VAZ”ın sürücüsü, Masallı rayon sakini, 1989-cu il təvəllüdlü Elmin Bayramov, onun anası, 1960-cı il təvəllüdlü Reyhanə Bayramov a aldıqları xəsarətdən ölüblər. B. Bayramov un qardaşı, 1991-ci il təvəllüdlü Mahir Bayramov, yük avtomobilində olan Beyləqan rayon sakinləri, 1980-ci il təvəllüdlü Mehdi Hüseynov və Bəhruz Qafarov isə ağır xəsarət alıblar.

Xəstəxanaya aparılan şəxslərin vəziyyəti ağır qiymətləndirilir.

Fakt araşdırılır. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/204261.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR