Masallıda AĞIR QƏZA: ana və oğlu öldü, yaralılar var

Masallıda AĞIR QƏZA: ana və oğlu öldü, yaralılar var
09:17 29 İyun 2017
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, "Shagman" markalı yük avtomobili ilə "VAZ" markalı minik avtomobili toqquşub. Nəticədə "VAZ"ın sürücüsü, Masallı rayon sakini, 1989-cu il təvəllüdlü Elmin Bayramov, onun anası, 1960-cı il təvəllüdlü Reyhanə Bayramova aldıqları xəsarətdən ölüblər. B.Bayramovun qardaşı, 1991-ci il təvəllüdlü Mahir Bayramov, yük avtomobilində olan Beyləqan rayon sakinləri, 1980-ci il təvəllüdlü Mehdi Hüseynov Bəhruz Qafarov isə ağır xəsarət alıblar.
 
Xəstəxanaya aparılan şəxslərin vəziyyəti ağır qiymətləndirilir.
 
Fakt araşdırılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/558387.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR