Şimali Koreyadan TƏHDİD: "Edam edəcəyik" - VİDEO

Şimali Koreyadan TƏHDİD: "Edam edəcəyik" - VİDEO
09:23 29 İyun 2017
61 Dünya
Ölkə mətbuatı
A- A+

Şimali Koreya lideri Kim Çen Ina sui-qəsd planlaşdırıldığına dair iddia ölkəni bir-birinə qatıb.

Publika.az xəbər verir ki, sabiq Cənubi Koreya prezidenti Pak Kın Henin Şimali Koreya liderinə qarşı sui-qəsd təşkil etdiyi iddiası edamla nəticələnə bilər.

Şimali Koreyanın Dövlət Təhlükəsizlik, Xalq Təhlükəsizlik nazirlikləri və Mərkəzi Dövlət Prokurorluğunun birgə açıqlamasına görə, Pxenyan rəhbərliyi Pak Kın Heni və Milli Kəşfiyyat Xidmətinin (NIS) keçmiş rəisi Li Byoung Honu Kim Çen Ina sui-qəsd planlaşdırmaqda günahlandıraraq ölümlə cəzalandırılacaqlarını bildirib.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/204262.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR