“Unicapital” investisiya şirkəti mənfəətini 3 dəfə artırıb

“Unicapital” investisiya şirkəti mənfəətini 3 dəfə artırıb
09:27 29 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 29 iyun. REPORT.AZ/ “Unicapital İnvestisiya Şirkəti” QSC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 850 min manat təşkil edib.
“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 78,8% çoxdur.
2016-cı ildə “Unicapital”ın cəmi öhdəlikləri 7 dəfə artaraq 25 min manat, cəmi kapitalı isə 74,9% artaraq 826 min manat olub.
Hesabat dövründə şirkətin gəlirləri 1,02 mln. manat, xərcləri isə 579 min manat təşkil edib. Son nəticədə onun vergiyəqədərki mənfəəti 442 min manat olub ki, bu da illik müqayisədə 2,7 dəfə çoxdur.
2016-cı ildə “Unicapital” 2015-ci ilə nisbətən 2,85 dəfə çox – 88 min manat mənfəət vergisi ödəyib və ili 354 min manat xalis mənfəətlə başa vurub.
Xatırladaq ki, “Unicapital” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. Şirkətin səhmləri 100% “Unibank” ASC-yə məxsusdur. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/unicapital-investisiya-sirketi-menfeetini-3-defe-artirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR